default

(no subject)

Вчера моя нелогичность чуть не убила кассиршу Парк Синема. Я выбрала места под черными квадратиками. Для непросвещенных, прямо перед кассиршей стоит екран, на котором указаны места с номерами. Оказма, те места которые уже выбраны отмечены черным цветом. Я попыталась нажать на черный квадратик и так как на экране ничего не изменилось, назвала эти же места.

- А почему вы выбрали места где нет номеров?
- Простите?
- Объясните МНЕ! Почему вы назвали номера которые не указаны на экране??? Ведь легче назвать те которые видны!
- Наверное. Простите.

Купила билеты и ушла. Хотела вернуться обратно и сказать, что если даже я и не достаточно умная, что бы отличить свободные места от занятых, то и не такая хяшяратка.

А вообще эта дискелсия с цифрами  и слабая логика уже меня достала!
default

(no subject)

Mart ayında eşqlər şərab içib Bakının İstiqlaliyyət küçəsində dolaşmalıdır. Yaz şəhəri sərxoş etməlidir. Sərxoş olun cənablar, sərxoş olun. Boşlayın elastik qılıncları, candan səddlər yox, açıq qapılar düzəldin. Bu əclaf həyatı az da olsa məst edin. Azərbaycanda həyat bakirə qız kimi gərgindir. Küçələrində şərabdan arx düzəldib, bu qızı bir az dözümlü edin. Qoy Mirzə Babayevin meyxoş səsi küçələrdə yüngül vals kimi havaya yayılsın. Bazar günləri ən alçaq paytaxt sakini belə  mənim kimi faşist - Azərbaycan kinoteatrına möhtac qalmasın.

Adətən mən çox optimistəm, ancaq gecələr ümidlərimlə gəzməyə çıxmağı sevir.
  • Current Music
    Könül Xasıyeva - Gecələr
  • Tags
    ,
default

Каффаизм

Нашла классный блог. Не в ЖЖ. Можно почитать когда надоедает писанины о политике, религии, митингах. 
Блог "проповедует" Каффаизм (несуществующяя религия) и в основном пишется в жанре абсурдизма.

Вот собсна и блог .

Внимание! Блог на азербайджанском!


"olaydım indi Bakıda, ay brat…
ağzımı yumanların ovucunu dişdeyeydim" (с) Jamal Ali
  • Current Music
    Колонки не работают
  • Tags
iiiiii

WTF

Beş saatdır bu günki  bloody "ümummilli qəzəb günü" haqqında xəbərim olmadığını əsaslandırmağa çalışıram. Bir şey ağlıma gəlmir. Hollywood teenager filmlərində məktəbdə baş verən hadisələrdən xəbəri olmayan, maqnitafonu çiyninə alıb başını qaz kimi qabağa-arxaya edən zənciyə oxşayıram. Ümid edirəm bu məktəbi tərk edənə kimi heç kəs gəlib maqnitafonumun "stop" düyməsini sıxmayacaq.
Эта страна глухих, где одни позорят голубых, а другие ломают витрины магазин в которых эти голубые одеваются изрядно надоела!
  • Current Music
    Dante Thomas - Miss California
  • Tags
default

Я нашла)))

"Stevie went to some pains to shave that little groove between the septum of his nose and the top of his upper lip. The philtrum it was called; Stevie had taught her that, he who loved strange words". 

E. White "Hotel de Dream"
default

9 gün

Fakultet filmində yad planetlilərin necə acgözlüklə su içdiklərini görmüsüz? Mən əyləncəni elə içirəm. Şüşələrlə əyləncə içirəm, amma yenə evə gələn kimi ürək sıxıntısı məni divara dırmandırır. Darıxmaq hissi zəhərə dönüb qanımı qaraldır, eritrositlərim işıq sürəti ilə çürüyür.
Bu ofis planktonunun "iş" harayıdır. Vaciblik hissinə olan aclıqdır. Psevdoməşqulluq sancılarıdır.
Həyat heç yerdə ofis pəncərəsi arxasında keçdiyi qədər sürətlə keçmir. Elə bil kimsə bu məchul xanımın ayağını Qırata bağlayıb Bakı boyu sürüyür. Tikinti sahələrindəki ağır texnikalara, dağıdılmış asfatlara ilişərək planktonun həyatı cırıq-cırıq olur. Bakıdakı kran, forklift, pompaları bir yerə toplasaq yəqin hər tərəfli kəmiyyətcə döyüş silah-sursatlarımızdan artıq çıxacaq. Budur CNN xəbərləri: Azərbaycanın qərb döyüş bölgələrində düşmənlə hücuma qüllə kranı, mobil kran, forklift operatorları çıxmışlar. Müharibənin gərgin olacağına yaranmış qəribə vəziyyət tam əminlik verir.

Mənim dərmanım şəkərburadır. Bir dəstə də nərgiz gülləri.
Prezidentə məktub yazacam.  Yox, yox! Məni türmələrdə çürüyən dissidentlər narahat etmir. Qoy mənə bir dəstə nərgiz gülləri göndərsin. Söz verirəm bundan sonra miskin ömrümün qalan 50 ilini də göy işıqlı, həyat durğunluğu yaşayan ofislərdə keçirməyə hazıram.
default

Söhbət

Backstreet boys qrupunun səhnəyə ikinci qayıdışında Blue qrupu artıq fəaliyyətinə başlamışdı. Bəli mən fanat idim. Yeganə fanatı olduğum musiqiçilər bu qrupda cəmləşmişdi. BB üzvləri "kaçok" olub geri qayıdanda Blue intellektual xarizmatiklər qrupu təəssüratı bağışlayırdı. Sülh korpusu vasitəsi ilə Bakıya Texasdan gələn cavan qızın Blue qrupunu tanımadığını öyrənəndə mən - cavan fanat şoka düşmüşdüm. Mən sərhəddin o tayındakı birliyə inanırdım. Orada hər şey dumanlı şəkildə vahidlik təşkil edirdi. Bir zaman həmin vahidliyin nə olduğunu bilmədən ora tullanmaq arzusunda olacağımı anlamırdım.

2006-cı il Zidanın məşhur kəlləsinin səhəri günü 4 il sonranı düşünüb mandraja düşdüm. Qarşımda qoyulan məqsədlər çox böyük, növbəti dünya çempionatı isə çox yaxın görünürdü. 4 il düz bağırsaq kimi uzansa da yenə ortada fərqli nəticə olmadı. Səbəb mən deyiləm, qəzavü qədərdir. Cənablar, hərdən tənqid bıçağınızı qatlayıb cibinizə qoyun. Gəlin münaqişələri danışıqlar yolu ilə həll edək. Söz verirəm bu mütləqi şəkildə Qarabaq sülh danışıqlarından qısa çəkəcək.

Əgər az pul xərcləyərək ekstrim yaşamaq istəyirsinizsə, o zaman elə indi əşyalarınızı toplayıb qərbdə, Gəncədən də qərbdə, Hacıkənddə yerləşən Toğana kəndindəki yaylağa gedin. Ən hündür nöqtədə Murovdağ görsənir. Mobil telefonunuz tutmayacaq, ən yaxşı halda 2 günə öləcək və yenidən yükləmək üçün heç yerdə elektrik tapmayacaqsınız. Gecələr paltarlı halda 3 yorğanı üstünüzə örtüb Murovdağın yaxınlığından gələn təlatüm hissi ilə canınızdakı üşütməni aradan qaldırmağa çalışacaq, üfunətli Bakı küçələrinin həsrətini çəkib, elektrik gələn iki deşikli rozetka əldə etmək üçün axırıncı tikənizi bölüşməyə razı olacaqsınız. Kürəkçay Yananın "itkimisifət" pişiyindən daha bədheybətdir.
  • Current Music
    Blue ~ Breath easy
  • Tags
default

Bəhri təbil