Речь Президента в конце тоже грамотная))
- А почему вы выбрали места где нет номеров?
- Простите?
- Объясните МНЕ! Почему вы назвали номера которые не указаны на экране??? Ведь легче назвать те которые видны!
- Наверное. Простите.
Купила билеты и ушла. Хотела вернуться обратно и сказать, что если даже я и не достаточно умная, что бы отличить свободные места от занятых, то и не такая хяшяратка.
А вообще эта дискелсия с цифрами и слабая логика уже меня достала!
Adətən mən çox optimistəm, ancaq gecələr ümidlərimlə gəzməyə çıxmağı sevir.
- Location:Azerbaijan, Baku | Home
- Mood:
relaxed - Music:Könül Xasıyeva - Gecələr
Блог "проповедует" Каффаизм (несуществующяя религия) и в основном пишется в жанре абсурдизма.
Вот собсна и блог .
Внимание! Блог на азербайджанском!
ağzımı yumanların ovucunu dişdeyeydim" (с) Jamal Ali
- Location:Azerbaijan, Baku | Work
- Music:Колонки не работают
Эта страна глухих, где одни позорят голубых, а другие ломают витрины магазин в которых эти голубые одеваются изрядно надоела!
- Location:Azerbaijan, Baku
- Music:Dante Thomas - Miss California
E. White "Hotel de Dream"
Bu ofis planktonunun "iş" harayıdır. Vaciblik hissinə olan aclıqdır. Psevdoməşqulluq sancılarıdır.
Həyat heç yerdə ofis pəncərəsi arxasında keçdiyi qədər sürətlə keçmir. Elə bil kimsə bu məchul xanımın ayağını Qırata bağlayıb Bakı boyu sürüyür. Tikinti sahələrindəki ağır texnikalara, dağıdılmış asfatlara ilişərək planktonun həyatı cırıq-cırıq olur. Bakıdakı kran, forklift, pompaları bir yerə toplasaq yəqin hər tərəfli kəmiyyətcə döyüş silah-sursatlarımızdan artıq çıxacaq. Budur CNN xəbərləri: Azərbaycanın qərb döyüş bölgələrində düşmənlə hücuma qüllə kranı, mobil kran, forklift operatorları çıxmışlar. Müharibənin gərgin olacağına yaranmış qəribə vəziyyət tam əminlik verir.
Mənim dərmanım şəkərburadır. Bir dəstə də nərgiz gülləri.
Prezidentə məktub yazacam. Yox, yox! Məni türmələrdə çürüyən dissidentlər narahat etmir. Qoy mənə bir dəstə nərgiz gülləri göndərsin. Söz verirəm bundan sonra miskin ömrümün qalan 50 ilini də göy işıqlı, həyat durğunluğu yaşayan ofislərdə keçirməyə hazıram.
2006-cı il Zidanın məşhur kəlləsinin səhəri günü 4 il sonranı düşünüb mandraja düşdüm. Qarşımda qoyulan məqsədlər çox böyük, növbəti dünya çempionatı isə çox yaxın görünürdü. 4 il düz bağırsaq kimi uzansa da yenə ortada fərqli nəticə olmadı. Səbəb mən deyiləm, qəzavü qədərdir. Cənablar, hərdən tənqid bıçağınızı qatlayıb cibinizə qoyun. Gəlin münaqişələri danışıqlar yolu ilə həll edək. Söz verirəm bu mütləqi şəkildə Qarabaq sülh danışıqlarından qısa çəkəcək.
Əgər az pul xərcləyərək ekstrim yaşamaq istəyirsinizsə, o zaman elə indi əşyalarınızı toplayıb qərbdə, Gəncədən də qərbdə, Hacıkənddə yerləşən Toğana kəndindəki yaylağa gedin. Ən hündür nöqtədə Murovdağ görsənir. Mobil telefonunuz tutmayacaq, ən yaxşı halda 2 günə öləcək və yenidən yükləmək üçün heç yerdə elektrik tapmayacaqsınız. Gecələr paltarlı halda 3 yorğanı üstünüzə örtüb Murovdağın yaxınlığından gələn təlatüm hissi ilə canınızdakı üşütməni aradan qaldırmağa çalışacaq, üfunətli Bakı küçələrinin həsrətini çəkib, elektrik gələn iki deşikli rozetka əldə etmək üçün axırıncı tikənizi bölüşməyə razı olacaqsınız. Kürəkçay Yananın "itkimisifət" pişiyindən daha bədheybətdir.
- Location:Azerbaijan, Baku | Home
- Music:Blue ~ Breath easy
İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmazsa, görünməz gözə Allah.
Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.
Bildik, bilirik, gizlidir insandakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.
( Read more... )
- Location:Azerbaijan, Baku | Home
- Mood:
blank - Music:Qaraqan
Можно выстроить схему двулицую, из подростков воспитывать скот, из милиции сделать полицию и вводить православный дресс-код, сделать так, чтоб из власти повыбили всех, в ком были зачатки стыда, упразднить за ненужностью выборы, римский цирк сотворить из суда, раздвигать своей родине лядвия и сдирать с нее даже белье — но в конце этой лестницы Латвия, и нельзя забывать про нее.
Можно всех придавить пирамидою — и ведь будут хвалить до поры, — мучить недра программою «Выдою», называться царями горы, гнобить умника, пестовать увальня, — да уже и сбежал, кто умен, — довести населенье до уровня черной Африки старых времен, воспевать свои подвиги ратные, прочий мир произвесть во враги — но о виде на жительство в Латвии забывать никогда не моги.
( Read more... )
İSLAM RZAYEV - Biri sənsən, biri mən by narmin
- Location:Azerbaijan, Baku | Home
- Mood:
relaxed - Music:İslam Rzayev
Flora Kərimova - Ağlamasın salxım söyüd by narmin
Bu şəhərdə nə işin var?
Yoxsa ağlını, a yazıq,
Allah əlindən almışdı?
Bu şəhərin dərdi azdı,
Elə bircə sən qalmışdın, -
Fatmanın oğlu İsmayıl,
Bu şəhərdə nə işin var?
( Read more... )
Ramiz Rövşən
А еще, помните, был телеканал ABA, РТР-ин ортасына салмышдылар))
Футбольный сезон окончен. Никаких больше игр. Никаких бомб. Никаких прогулок. Никаких забав. Никакого плавания. 67 — это на 17 лет больше, чем 50. На 17 лет больше, чем мне было нужно и чем я хотел. Скучно. Всегда зол. Никаких забав — ни для кого. 67. Становишься жадным. Веди себя как полагается по возрасту. Расслабься. Больно не будет.
Сегодня, когда люди пялятся на меня на улице или в кафе, я понимаю: это значит, что я стал узнаваемым и вовсе не значит, что в моей бороде застрял здоровенный кусок пищи или что-то похуже. Но я очень боюсь того, что в один прекрасный день кто-нибудь вылупится на меня, а я буду ему улыбаться, как старому знакомому, не замечая, что из моей бороды торчит здоровенный салатный лист.
Действительно, до тридцати семи лет я не знал, что моя сестра — на самом деле моя мать. Но я давно понял, что на свете уйма вещей, о которых я не знаю. Если я буду придавать слишком большое значение тому, чего не знаю, ничего путного из этого не выйдет. Делайте акцент на положительном — вот мое мнение. Это уловка, но полезная.
Деньги — это примерно как температура тела, она должна у тебя быть.
Я ненавижу брокколи, и я ненавижу эту дрянь с тех пор, как был совсем-совсем маленьким, и мать заставляла меня есть ее. Когда я был президентом Соединенных Штатов, я принял очень важное решение: я никогда не буду есть брокколи. Это решение далось мне с трудом. Ведь моя семья разбита на два лагеря. Барбара (Барбара Буш, супруга Джорджа Буша-старшего. — Esquire) обожает брокколи и все время пытается меня ею накормить. А ведь вы знаете, как сложно отказать жене.
Не пытайтесь меня цитировать.
- İnsan dözəməz bu şarpa-şarpa!
- Vur, vur ki, bir az da məstkaməm!
- Canım çıxar, vurma, bidəvaməm!
- Vur, vur ki, nə yağ verib, nə qaymaq!
- Vurma ki, deyil inəklər sağ!
- Vur, vur ki, bunu qudurtdu məclis!
- Vurma, məni hakim etdi müflis!
- Məşrutə* bunu xərab edibdir!
- Zülmün məni dilkəbab edibdir!
- Hürriyyət edib bu şumu günah!
- Fəryadə yetiş, amandır, Allah!
Əla lənətüllah ələl-qövmüzzalimin.
(c) Sabir
* inqilab
Myers-Briggs Type Indicator - это тест на основе результатов которого ведутся Leadership classes of MBA.
Мой результат: ESFP
P.S. The best reason to choose the MBTI instrument to discover your personality type is that hundreds of studies over the past 40 years have proven the instrument to be both valid and reliable. In other words, it measures what it says it does (validity) and produces the same results when given more than once (reliability). When you want an accurate profile of your personality type, ask if the instrument you plan to use has been validated.
Mən də bilməsəm kim bilməlidir, çün Azərbaycan boğulmuş istedadlar məmləkətidir.
Burada yarımçıq qalmış aktyorlar, rejissorlar, yazıçılar, şünasların tozu insanların ciyərlərini üzü gündə yonulan Bakı binalarından tez xarab edir.
Bircə neftçilərin bəxti gətirib. Onlar gündə yerin qatlarını qurdalayıb qara zəhrimar çıxarırlar ki, toz basmış istedadlar səhər avtobusla yonulmuş binalarda yerləşən iş yerlərinə vaxtında çatsınlar.
Xan rolunu oynamış Fuad Poladov isə axşam 11-də metroda evinə gedir.
Siz başqa zamanda, başqa ölkədə doğulmalı idiniz, ya da lənətə gəlsin qəzavü qədər..

- Bu sənədə imza ataraq bir daha rüşvət verməmək məsuliyyətini üzərinizə götürürsünüz.
2. Musiqi məktəbinin müəlliməsi 2 qat dərs keçərək uyğun maaş alırdı. Müdir bu maaşa üçüncü qatı da əlavə edərək "öz payını" götürürdü. Nazirlikdən verilən göstərişə əsasən rəsmi olaraq müəllimə yalnız iki qat maaş ala bilər. Müdir isə yenə "öz payını" götürür.
Şübhəsiz bu "islahatlar" şou xarakteri daşıyır və həmişəki kimi biz "tankdayıq". Axırda səbəbləri ya biləcəyik, ya da gələn ildə filan yadımıza düşəndə deyəcəyik: "Doğurdan o nə idi elə?"
Mən belə adamam məndən uzaq gəz
Uzaq gəz xeyirimdən, şərimdən mənim
Daha bu qələmim çiçək bitirməz
Qızlar çələng hörməz şeirimdən mənim
Qaçdım məni sevən gözlərdən daha
...Hamının sevgisi gözündə qalsın
Ev tikən deyiləm sözlərdən daha
Qoy hamı o çölün düzündə qalsın
Sən də daşlamağa özgəsini tap
Məni ömür boyu daşlayan adam
gilası mürəbbə quzunu kabab
Şairi heykəl tək xoşluyan adam
Yox heykəl ummuram bu yer üzündə
Mənim daş olmağa yoxdu həvəsim
Daş olub lap ulu Füzulinin də
yanında durmağa yoxdu həvəsim
Mən sənin yanında dururam
Sənin... küçənin tinində dilənən qarı
Başindan var-dövlət yağan ölkənin
Bəxtəvər günündə dilənən qarı
Heç kəs sığal çəkməz düm ağ saçına
O gümüş telindən öpürəm sənin
Qorxma pul qoymuram sənin ovcuna
Əyilib əlindən öpürəm sənin
Ramiz Rövşən
Yenə bir il əvvəlki kimi Rafet El Romanın köhnə mahnılarına rast gəldim amma hiss etdiklərimi bir il əvvəlki kimi deyə bilməyəcəm. Mən köhnə Rafet style çox sevirəm:
У меня один Уопрос: что этот памятник делает в Азербайджане?))
И еще одно предположение: если в Аз-не начнется революция то в одном только Баку придется охранять столько памятников, что некому будет остановить народ))
Пользовались бы если бы надо было?
Tükənməyən qışdan ürəyim sıxılır. Hava oyuncağı əlindən alınmış uşaq kimi bir gündən bir ağlayır. Belə möcüzə olmur.
Üzümə oxunan laylalarda anam mənə tamam başqa sözlər deyirdi. Qızıl gül, şirin yuxu filan.. Pəncərədən baxan yarpaqsız, əyri budaqlı ağaclar isə sərt, yırtıcı həyatdan xəbər verir. Nəsə etmək istəyirəm, bataqlıqdan çıxmağa çalışan adam kimi həmlələrim yaşıl mamırlardan sürüşür.
Belə möcüzə olmur.
Bu təəssüflük hissidir. Heç nəyin asan olmadğını birdən anlamaqdır. Axşamlar it balası kimi yorğun uzanıb nə vaxtsa arzuladıqlarının hələ yeddi dağ arxasında olmasını qəbul etməkdir. Həyat hamımızı qamçılayıb əhilləşdirir, əhilləşməyənlər də inqilabda zadda məhv olurlar. Sonra da geydirmə tarix dərsliklərində yazılır "ingiltərə burjua inqilabı məqsədsiz idi".. Məqsədsiz olmayan bircə kralların həyat planktonlarını soymasıdır. Biz çalışdıqca huri həyatı daha uzağa qaçır. Belə möcüzə olmur..
Özün də bilmirsən necə ölürsən
Səhər tezdən eşidirsən əzandı,
Yuxuda kirimişcə ölürsən.
( Read more... )
В этот день я особенно люблю кабельное ТВ. Цинично. Заман бизи зибиля чёвюрюр. Но я не жалуюсь. Так покамест седина появиться позже.
Аллах хамысына ряхмят элясин. Если бы была возможность или скажем, если будет такая возможность и мы встретимся на том свете, я обязательно у них спрошу действительно ли они верили, что в них не будут стрелять. Дурацкий вопрос мучающий всех "ишин-гюджюн йохдур?!" людей как я. Тада мне было 3 года и я слышала выстрелы и видела силуэт мамы которая стояла перед окном и наверное грызла ногти. Хотя у нее нет такой привычки, но, черт, от таких звуков можно ведь новой привычкой обзавестись. Тада люди умирали, выходили на площадь Свободы, некоторые даже не думали выступать, просто выходили купить хлеб и бац! поха дюшюрдюляр. А я еще не знала, что на земле существуют такие глупые люди которые создают самолеты для того, что бы носить танки, что бы те носили людей, которые будут носить автоматы из которых будут убивать тех же людей. А еще бугагашнее то, что я не знала, что стану одной из них.
Джямиль Гасанов (профессор, историк) говорит, что сегодняшний человек не умеющий пользоваться электронной почтой и есть тот самый Новрузали из "Почт гутусу". Да, да тот самый, над которым мы все смеемся.
- Location:evdə

Bir neçə fotojurnalist Azərbaycanda ilk dəfə olaraq seçkiləri fotolarla təsvir edən fotokitab hazırlayıb. Bu fotokitabda ortaya qoyulan problem texniki və məzmun baxımından professional fotolarla təsvir olunduğu üçün bu layihə fotojurnalistlər üçün də xüsusi maraqla qarşılanacaq.
Fotokitabda vətəndaş jurnalistikasından da istifadə edilib.
2010-cu il Parlament seçkilərini özündə təsvir edən bu fotokitab 26 X 21 sm formatda, 112 səhifədə nəşr olunacaq. Bu kitabın nəşri üçün artıq vaxtından əvvəl anonim çap evi ilə razılıq əldə edilib. Kitab ideya və dizayn baxımından “World Press Photo” illik məcmuəsindən təsirlənir.
Fotokitab pulsuz yayım üçün nəzərdə tutulur.
Fotokitabın təqdimatı Norveç İnsan Haqları Evində və ya Azərbaycan Media Mərkəzində təşkil olunacaq. Kitabın təqdimatı ilə yanaşı görülən işlərdən 5-6 dəqiqəlik səsli fotosessiya göstəriləcək və həmçinin bu fotolardan ibarət sərgi açılacaq. Bu təqdimat zamanı həmçinin şəffaflıq naminə əldə etdiyimiz maddi vəsaitin iştirakçılar qarşısında hesabatı veriləcək.
İndi bir çətinlik var:
Kitabın nəşri üçün vəsait. Foto jurnalistlərin müraciət etdiyi bütün donor qrumlarından neqativ cavab gəlib. Amma sözsüz ki, bu işin faydalı olacağına şübhə yoxdur. Təsəvvür edin ki, 2050-ci ildə “2010-da seçkilər necə keçirilirmiş?” kimi sualla qarşılaşan hər kəs bu fotokitabdan da yararlana biləcək.
Lütfən, kimin əlindən nə gəlirsə: 5, 10, 20, 50, 100, 500… yardım etsin.
Bank hesabı:
İntermediary bank:
SWİFT BİC: SABRRUMM
Saving Bank of RF Moscow, RU
Beneficiary bank:
cor.acc.: 30111840500000000408
SWIFT BIC: ATAZAZ22 ATABANK BAKU, AZERBAIJAN
BENEFICIARY: KARIMOV TURKHAN ELKHAN OGLY
Name:
Acc: 12-82553-3 (USD)
Əlaqə telefonları:
055 738 36 42 (Ahmed Mukhtar)
051 907 13 82 (Abbas Atilay)
- Music:Rammstein
( Read more... )
Sən cavansan dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir dünya necə dünyadı...
Ömrə, günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən,
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadı.
Kim nə anlar bu zalımın işindən,
Çoxlarını keçribdi dişindən,
Möhkəm yapış papağından, başından,
Başdan papaq alıb qaçan dünyadı.
Ramiz Rövşən
P.S. Ramiz Rövşənin şeirlərini yerləşdirən LJ-də təkcə mən deyiləmmiş. Buyurun.
Dostlarıma isə Anarın sonuncu yazısını diqqətlə oxumağı məsləhət görürəm. Axırıncı dəfə belə maraqlı yazı oxuduğum yadıma gəlmir.
Buna görə axşam internetə girməyə dəyərdi))
Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.
Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.
Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!
....Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...
- Location:work
- Mood:
stressed
Hərəmizin oxşar olmaqla müxtəlif səbəblərimiz var. 2009-cu ilin avqust - Ramazan ayında hər axşam saat 9da iftar açdıqda orqanizmimi və öz səbrsizliyimi lənətləyirdim. Oruc tutmağa həmişə bir yarış kimi baxmışam və düşünmüşəm ki, bu insanda ən güclü səbr yaradan vasitədir. Amma çəkdiyim bu zülmün səbəbini və xeyrini anlamaq heç də küt olmayan beynimə zidd gəlirdi. Mən göyərti yeyirdim, mən qatıq içirdim, mən su ilə keçinirdim, düşünürdüm ki, ayı yarı edərəm keçər. Amma insan deyilən axşam saat 9da yemək yeyib rahat yata bilməz.
Axı bunca çəkilən zülmlərin səbəbi nədir? Bir bilsəniz dəstəmaz alıb işə gedən şəxs dəstəmazı pozmamaq üçün nə cəfalar çəkir. Mən iş otağımda namazı elə xofla qılırdım ki, Allah yadıma düşmürdü. Bir ara sözləri ana dilimdə demək istədim, amma bilirdim ki, bu batildir. Beynimi yeyən şübhələri normal müsəlman kimi şeytan əməli sayırdım. Düşünürdüm ki, bu bir sınaqdır və mən mütləq adlayacam. Belə də oldu. Orucu axıra kimi tutdum. Hətta qalan qəzalarımı da yerinə yetirib Şəvval ayında "bonus" oruclar da tutdum.
Ancaq bir gün anladım ki, etdiyim hər şey puçdur. Bir nihilist kimi inandığım dəyərlərin dəyərsizliyini gördüm. Bu təkcə dini inanclarımı bürümədi. Vətən, müqəddəslik, ilahilik anlayışlarını bir qələmdə sildim. Mən özüm öz müqəddəslərimi yaradacam, özüm şəhidliyə istədiyim donu geydirəcəm, özüm öz qəlbimin allahı olacam. 8 ildə üstümə diktə edilən mənəvi qanunlar qandalını qırdım və yalnız bundan sonra quldarlığa qarşı çıxdığım halda bunca il kəndimi qul kimi yazılmış qanunlara dustaq etdiyimi anladım.
Artıq bir ildən çox vaxt keçib. Peşman deyiləm. Heç dində keçirdiyim illərə də peşman deyiləm. Mən indi həm o tayın, həm bu tayın adamıyam. Aqressiv ateistlər və dindarların üzünə deməyə çox sözüm var, amma həvəsim yoxdur.
Mehriban olun.
Bu çox çox və bir daha çox qəribə vəziyyət idi. Mən Ramiz Rövşənin şeirlərinə hədsiz vurğun adamam. Ancaq hələ də anlaya bilmirəm nə üçün o 20 yaşında hakimiyyət əleyhinə yazdığı şeiri tapıb bizə oxuyurdu. Rüstəm müəllim 1981ci ildə Müsavat arxivində uzun illərdən bəri ilk ziyarətçi olduğunu bildirirdi. Nə üçün cəmiyyətdə bu cür önəmli mövqe tutan insanlar hələ həyatda heç nə əldə etməyən biz gənclərə öz hərəkətlərinin düzgünlüyünü sübut etməyə çalışırdılar. Bu sirri aça bilmədim. Kəndinə bəraət qazandırma təəssüratı məni hələ də tərk etmir. Bu isə bir halda baş verə bilər: vicdanınla etməli olduğun şeyə göz yumanda.
Mən əminəm ki, hazırki dövrdə hakimiyyət əleyhinə ehtiraslı çıxışlara ehtiyac yoxdur. Azərbaycanlı kimi qarnı tox olana bu çıxışlar heç bir vəchlə lazım deyildir. Ümumiyyətlə, inqilab və hərəkətli narazılıq yalnız ac qarınlar məmləkətində baş verir. Heç vaxt heç bir ziyalının nəyəsə borclu olduğunu düşünməmişəm. Ramiz müəllimi və ya Rüstəm müəllimi nə mən, nə də mənim dövrümdən olan heç kim oxuduğu şerlərinə, yazdığı hekayələrinə və əsərlərinə görə olduğu səviyyəyə qaldırmamışıq ki, indi də onlar susanda nəsə umaq. Mən 23 yaşıma kimi Ramiz müəllimin şerlərini necə oxumuşamsa elə indi də o cür yazır. Mən bəyənirəm. Ondan qəhrəmanlıq gözləmirəm.
Başqa bir məsələ əvvəl bar-bar bağıran daha sonra ağzına tikə düşdükdən sonra susanlardır. Kimdir onlar? Mən elələrini tanımıram. Mən onları oxumuram. Mən onları kütləviləşdirmirəm, nümunəviləşdirmirəm. Əgər hal-hazırda əclaflıq, yaltaqlıq edənləri özümüz o kreslolara, tribunalara və yaltaqlıq obyektlərinə yaxınlaşdırmamışıqsa niyə alışıb yanmalıyıq, ay cənablar?!
Saçından bir tük düşüb əlüzyuyana.
Qadından bir tük də qənimətdi, tək yaşayan insana.
Hisslərin tarixini yazan şair sübut edir ki,
Ilk dəfə beş min il öncə darıxıb insan.
Üç min il əvvəl sevməyi öyrənib.
Son min ildə unutmaqla məşğuldur.
Yazır ki,
Insan hər gün atılmışdır, insan hər gecə duldur.
Bəlkə də…
Bəlkə də, divardan, daşdan süzülüb keçdiyi üçün
Daha hüznlü səslənir qonşu evlərdə nəğmələr.
Bəlkə də daşa, qayaya – torpağın əcdadına
Yazıldığına görə
Daha müqəddəsdir qədim kəlmələr.
Bəlkə də, düz deyir şair, uzaqlıyıq hamımız.
Onə görə bezdirir bizi yaxındakılar,
Sevindirir bizi uzaqdan gəlmələr.
Aqşin Yenisey
P.S. "Gegen die wand" zordu.
- Location:work
- Mood:
cynical - Music:Sean Lennon - Parachute
F.Allahverdi - Şəkil (sözləri Aqşin Yenisey) by fallahverdi
Сестры сын вместо салфетки говорит "хяфига" :)
Д/брат телефон называл "абу ляля".
А у вас в детстве или у ваших детей были/ есть "свои" слова?
Qaydalar səddini aşa bilməyən eqoistləri qəbul etmək üçün fil gücü lazımdır. Kim imtahanda kömək etməyən siçovul ürəkli əlaçıları düzgün sayırsa mənim ağıl tayfamdan deyil. Əlbəttə bu yeniyetmə çılğınlığı kimi səslənir. Əgər vecimə alıramsa ömrü boyu bir də Kupidon oxunu yüz metrdən yaxın görməyim. İmtahanda cavabları diktə etdiyimə görə nəticələrim ləğv olunma ərəfəsində güclü adrenalin axını hiss edirdim. Elif Şafak düz deyir: "Gənc və müxalif olmaq isə daha da gözəldir." Mən qabağımda olan yeganə iqtidar adacığı - müəllimlərlə savaşıdım.
Nə isə, indi bunlar hardasa keçmişdə qalıb. İndi mənim günüm səhərlər tərcümələr, axşamlar TV qabağında vəhşi heyvanların bir-birini yortmasına baxmaqla keçir. Türklərin "büyümüş de küçülmüş" termininə ən uyğun nümunəyəm.
Axırıncı qəpiyini dostuna vermək* vacibliyi ortalığa çıxanda insan özünə bəraət qazanmaq üzrə olimpiada çempionatı olsa idi orada birinci olardı. *Bu şəxsi müdafiə refleksinə üstün gəlmək bacarığıdır. Elə bir bacarıqdır ki, fiziki immunitet belə onun qabağında matdır və elə bir bacarıqdır ki, yalnız onu idarə altına alan mərdliyin nə demək olduğunu anlaya bilər. Qalan hər şey... Gedin NatGeoWild TV baxın, onda biləcəksiniz qalan hər şey nədir.
- Location:Evdə
- Mood:
cynical - Music:Aquapura
Gəmi kimi yorğunam
Mətbəxdə damcılayan suyun səsini söndür,
Küçədə gec qalmış avtobusu söndür.
Damda vəhşi göyərçini yatdığı,
Ac pişiyi onun üstünə atıldığı yerdə söndür.
Kandardakı ayaqqabıları,
Rəfdəki kitabları, kitablardakı qəhrəmanları,
Qəhrəmanlıqları söndür.
Ayaqlarını, sinəni söndür,
Özünü söndür, yataq,
Gəmi kimi yorğunam.
Aqşin Yenisey.
Həqiqi sözümdür, mən belə insanların varlığına təpəgözün varlığından az inanırdım. Elə bil İsadan əvvəl doğulub, xub o dövrdə də belə küt və ədəbsizlərin olmasından şübhəliyəm.
Bosch avadanlıqlar əsrində möcüzəvi şəkildə sağ qalmış boş insanlar nadir tapıntı kimi muzeyə yerləşdirilə bilərlər.
P.S. Jurnalım son vaxtlar Bakıxanovun "Nəsihətnamə"sinə oxşayır)))))))))

tired